İlham Heydər oğlu Əliyev

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi. 26 mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi. 2008 və 2013-cü illərdə keçirilən YAP-ın dördüncü və beşinci konqresində İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəkləndi.Onun sədrliyi dövründə partiya üzvlərinin sayı 700 min nəfəri keçdi. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP Sədri və İdarə Heyətinin üzvü seçilmişdir.

Mədəniyyətlərarası dialoq Prezident Əliyevin mədəniyyət siyasətində prioritet sahələrdən biri olmuşdur. İlham Əliyev 2008-ci ildə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün "Bakı prosesi"nin başladılması təşəbbüsü ilə çıxış etdi. Prezident Əliyev 23 sentyabr 2010-cu ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqladı.Onun bu təşəbbüsü YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, İCESCO və s. kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi.2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.15 iyun 2014-cü ildə Prezident Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzaladı.

11 Yanvar 2016-cı ildə qəbul etdiyi sərəncamla 2016-cı ili Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan etdi. İlham Əliyev tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə etmişdir.Onun liderliyi altında Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında 2016-cı il 25 – 27 aprel tarixlərində keçirilən 7-ci Qlobal Forumuna ev sahibliyi etdi.

İlham Əliyev 5 may 2004-cü ildə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. Təqribən dörd il sonra-10 aprel 2008-ci ildə o, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında başqa bir Sərəncam imzaladı.21 oktyabr 2009-cu ildə imzalanan Sərəncamla isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu yaradıldı. Dörd ay sonra-19 fevral 2009-cu ildə İlham Əliyev Fondun Nizamnaməsini təsdiq etdi.Prezident Əliyev 14 yanvar 2016-cı ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. O, həmçinin, 19 dekabr 2012-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsini yaratdı. 8 noyabr 2016-cı ildə Prezident Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. 9 aprel 2018-ci ildə Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında sərəncam imzalamışdır.

Təltiflər və fəxri adların siyahısı:Ordenlər

Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

TÖVSİYƏ OLUNAN SƏHİFƏLƏR