PARTİYANIN SƏDR MÜAVİNLƏRİ

Tahir Budaqov

Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri

1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.

1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir.

1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilmişdir.

Əli Əhmədov

Yeni Azərbaycan Partiyası sədrinin müavini

1953-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur.

1975-ci ildə Moskva Tarix İnstitutunu bitirmişdir. Fəlsəfə doktoru, professordur. Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışmışdır.

1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, 1999-2000-ci illərdə Xətai rayonunun İcra Hakimiyyətinin başçısı olub.

2000-ci, 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib.

2013-cü ildə Baş nazirin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının "Şöhrət" ordeni və Polşa Respublikasının “Xidmətlərə görə” Legioner ordeni ilə təltif olunub.

1992-ci ildən YAP-ın, 1999-cu ildən YAP İdarə Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının 1999-cu ildə I qurultayında İcra katibi, 2005-ci ildə III qurultayında və 2013-cü ildə V qurultayında YAP sədrinin müavini və İcra katibi seçilmişdir.

Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

TÖVSİYƏ OLUNAN SƏHİFƏLƏR